AFFA "Rəvan"ın 3 xalını sildi

AFFA "Rəvan"ın 3 xalını sildi

FIFA avqustun 22-də AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Rəvan” haqqında qərar qəbul etdiyini bildirib. Belə ki, “Rəvan” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Miloş Adamoviç arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən “Rəvan”ın cari mövsüm aktivliyindən 3 xal silinməsini tələb edib.

Fanat.Az xəbər verir ki, yuxarıda göstərilənləri nəzərə alan AFFA-nın İntizam Komitəsi bununla bağlı bu gün qərar verib. Qərara əsasən, I divizionda çıxış edən "Rəvan"nın cari mövsüm aktivindən 3 xal silinəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər