AFFA "Qəbələ" ilə "Difai"ni cərimələdi, "İmişli"yə xəbərdarlıq etdi

AFFA "Qəbələ" ilə "Difai"ni cərimələdi, "İmişli"yə xəbərdarlıq etdi

Bu gün İntizam Komitəsinin iclası keçirilib. Fanat.Az xəbər verir ki,I Liqanın XIV turuna həsr olunan iclasda aşağıdakı qərarlar qəbul edilib:

 “İmişli” – “Qəbələ” oyununun 49-cu dəqiqəsində qonaq komandanın məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Qəbələ” 100 manat cərimə edilib.  “İmişli”yə isə azarkeşlərinin davranışına görə xəbərdarlıq olunub. Oyunun 58-ci dəqiqəsində rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə bölgə təmsilçisi xəbərdarlıqla canını qurtarıb. “Zaqatala” – “Difai” oyununda isə qonaq komandanın 4 futbolçusu sarı vərəqə alıb ki, bu da 70 manat cəriməyə şərait yaradıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər