AFFA "Qarabağ"ın baş məşqçisini cəzalandırdı

AFFA "Qarabağ"ın baş məşqçisini cəzalandırdı

AFFA "Qarabağ" futzal klubunun baş məşqçisi Kamran Sadıqovu cəzalandırıb.

Fanat.Az xəbər verir ki, buna səbəb onun futzal üzrə Azərbaycan birinciliyinin ADBTİA ilə matçının 6-cı dəqiqəsində texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılması olub. Bu səbəbdən Kamran Sadıqov 1 oyun cəza alıb.

Futzal üzrə Həvəskarlar Liqasının “Liman” FK - “Cəfəri” matçının 88-ci dəqiqəsində “Cəfəri” klubunun futbolçusu Fuad Məlikov oyunun rəsmi şəxsinə qarşı aqressiv davranış və təhqiredici ifadələr işlətdiyinə görə 12 ay yarışlardan kənarlaşdırılıb. 88-ci dəqiqədə “Cəfəri”nin klubunun futbolçuları ucbatından oyun tam başa çatmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər