Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 6-da Zalsburq şəhərindəki "Red Bull Arena"da keçiriləcək "Zalsburq" - "Qarabağ" oyununda təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün AFFA tərəfindən 500 ədəd bilet alınıb. Fanat.az xəbər verir ki, biletləri əldə etmək istəyən azarkeşlər respublikamızın Avstriyadakı səfirliyinə və SOCAR-ın bu ölkədəki nümayəndəliyinə müraciət edə bilər.
Fanat.az