AFFA "Neftçi"nin iddiasını təmin etdi

AFFA "Neftçi"nin iddiasını təmin etdi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda “Neftçi”nin futbolçusu Elvin Yunuszadə barədə müraciətə baxılıb. 
Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub: "AFFA-nın İntizam Komitəsinin “Neftçi” PFK-nın futbolçusu Elvin Yunuszadə barədə çıxardığı 20.05.2014-cü il tarixli qərar qismən dəyişdirilsin. Futbolçu Elvin Yunuszadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Elvin Yunuszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun".
Qeyd edək ki, Yunuszadə 2013/14 mövsümünün XXXVI turunun “Simurq”la oyununun 45+1-ci dəqiqəsində aqressiv hərəkətə görə qırmızı vərəqə almışdı. İntizam Komitəsi onu 4 oyunluq cəzalandırmış, klubu 4000 manat cərimə etmişdi. Apellyasiya və Ekspert Komitəsinin qərarından sonra Elvinin bir oyunluq cəzası qalıb. O, ilk turun "Araz Naxçıvan"la matçını buraxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər