"Neftçi"nin müdafiəçisi Məqsəd İsayev Türkiyədə tibbi yoxlanışdan keçdikdən sonra, Almaniyaya yollanaraq əməliyyat olunub. Fanat.az xəbər verir ki, futbolçunun menisk nahiyyəsində aparılan əməliyyat uğurla nəticələnib.
Hazırda müalicəsini davam etdirən futbolçu 4 gündən sonra komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Məqsəd İsayev U-21 yığma komandasının heyətində "Qarabağ" klubu ilə keçirilmiş yoxlama oyununda zədələndiyindən, onun əməliyyat və müalicə xərclərini AFFA ödəyir.

Fanat.az