AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın və əvəzedicilərin çempionatının XX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Premyer Liqanın XX turunun "Qəbələ" - AZAL matçının 78-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydanı tərk edən AZAL-ın futbolçusu Viktor İbekoyi 1 oyun cəzalandırılıb, klubu 200 manat cərimə olunub.
"Simurq"la oyunda 4 futbolçusu sarı vərəqə alan "Neftçi" 1000 manat cərimə edilib. Paytaхt klubunun əvəzedici komandası da zaqatalalılarla oyunda 4 sarı vərəqə alıb. Bu səbəbdən klub daha 500 manat cərimə edilib.
Fanat.az