Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantı ötən həftə baş tutan oyunlarda yaşanan qayda pozuntularının müzakirəsinə həsr olunub.
Qurum Misli Premyer Liqasının III turu çərçivəsində 2 qarşılaşmada neqativ hal aşkarlayıb.
“Neftçi” – “Turan Tovuz” oyununun 55-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu İqor Ribeyro təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, buna görə ona 3 oyun cəza verilib, klubu 3000 manat cərimələnib. “Neftçi” azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atılmasına görə əlavə olaraq daha 2000 manat ziyana düşüb.
“Sabah” – “İmişli” oyunu isə qonaq komandanın meydana gec çıxması səbəbindən gec başlayıb. Buna görə “İmişli” klubu 3000 manat cərimə edilib.