AFFA "Lənkəran" və "Atletiko Baku"ya texniki məğlubiyyət verdi

AFFA "Lənkəran" və "Atletiko Baku"ya texniki məğlubiyyət verdi

Futzal üzrə Yüksək Liqada mübarizə aparan "Lənkəran" texniki məğlubiyyətlə cəzalandırılıb.

Fanat.Az xəbər verir ki, qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul edilib.

Bölgə təmsilçisi XV turda U-19 komandası ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu cəza ilə üzləşib. Sözügedən kollektivə 0:5 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal futzal üzrə 1-ci liqada da yaşanıb. "Atletiko Baku" PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər