AFFA "Karvan-Yevlax"la "Araz-Naxçıvan"ı cərimələdi

AFFA "Karvan-Yevlax"la "Araz-Naxçıvan"ı cərimələdi

Misli Premyer Liqasının II turunun “Kəpəz” – “Karvan-Yevlax” oyununda Yevlax təmsilçisi Olavale Doyeninin formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi üçün cərimələnib.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Premyer Liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt edilməsinə baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün klub 1500 manat cərimələnib.

“Turan Tovuz” – “Araz-Naxçıvan” matçında isə Naxçıvan təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər