AFFA İntizam Komitəsi "İnter"i 800 manat cərimə edib. Fanat.Az xəbər verir ki, buna səbəb komandanın 8 futbolçusunun Premyer Liqanın III turunda "Kəpəz"lə baş tutan oyunda sarı vərəqə alması olub.
"Kəpəz"in əvəzedici futbolçusunun üzvü Şəfi Bağırov isə "İnter"lə oyunun 53-cü dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. AFFA onu 2 oyunluq cəzalandırıb, klubu 800 manat cərimə edib.
Fanat.Az