AFFA "İnter"ə "yox" dedi

AFFA "İnter"ə "yox" dedi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Fanat.az xəbər verir ki, iclasda  “İnter” (futbolçu Sezar Meza Kolli və məşqçi Miloş Yevtiçlə bağlı qəbul edilmiş cəzaların ləğv olunması) və “Mil-Muğan”nın keçmiş baş məşqçisi Mətləb Məmmədov (cəzanın yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb. 

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

 

1. “İnter”in müraciəti təmin olunmasın. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

2. “Mil-Muğan”ın keçmiş baş məşqçisi Mətləb Məmmədov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Məşqçi intizam tədbiri olaraq 6 aylıq kənarlaşdırılsın, digər 6 aylıq cəzadan isə 1 illik sınaq müddəti təyin olunmaqla azad olunsun. 1 illik sınaq müddəti ərzində məşqçi Mətləb Məmmədov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər