AFFA "Hafka"nın 138 min dollarlıq borcunu ödədi

AFFA "Hafka"nın 138 min dollarlıq borcunu ödədi
"Bakı"nın Aleksandr Tamovski və Ruslan Leviqaya olan borclarını AFFA ödəyib. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Baş katib bildirib ki, "Bakı" borcların ödənməsi istiqamətində heç bir addım atmayıb: "Çox təəssüf ki, "Bakı" bununla bağlı heç nə etmədi. Biz Tamovskiyə 78 min 499 dollar, Leviqaya isə 59 min 975 dollar ödədik. Amma, bunu borc şəklində vermişik. Yəni, "Bakı"ya kredit açılıb".
Məmmədov "Bakı"nın 2014/15 mövümündə Premyer Liqaya buraxılacağını və sabah keçiriləcək püşkatma mərasimində iştirak edəcəyini bildirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər