AFFA "əfv fərmanı" verdi

AFFA "əfv fərmanı" verdi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclas keçirilib. Fanat.az xəbər verir ki, iclasda "Bakılı"nın məsələsinə baxılıb.

Belə ki, AFFA-nın İntizam Komitəsi ötən mövsüm üzürsüz səbəblərdən meydana çıxmayan "Bakılı"nın I diviziondan kənarlaşdırmışdı. Apellyasiya və Ekspert Komitəsi klubun müraciətinə baxaraq qərar qəbul edib: 

"Bakılı" FK barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar dəyişdirilsin. Klubun I Divizionda iştirakı təmin olunsun. “Bakılı ” FK növbəti dəfə üzürsüz səbəbdən rəsmi oyunlarda iştirak etmədiyi təqdirdə I Divizionda çıxış etmək hüququndan məhrum edilsin.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər