AFFA "Böyük oyun"larla bağlı qərar verdi

AFFA "Böyük oyun"larla bağlı qərar verdi
AFFA İntizam Komitəsi "Neftçi" - "Xəzər Lənkəran" oyunu ilə bağlı qərar qəbul edib. Fanat.az xəbər verir ki, komitə "Böyük oyun"a qonaq komandanın azarkeşlərinin buraxılmaması barədə qərarını qüvvədə saxlayıb.
İntizam Komitəsinin qərarında deyilir: "2014/15 mövsümündə keçiriləcək “Neftçi” - “Xəzər Lənkəran” matçlarında baş verə biləcək hər hansı insidentin qarşısını almaq və eləcə də keçən mövsüm yaşanmış hadisələrin yenidən baş verməməsini nəzərə alaraq bu mövsüm də, İntizam Komitəsinin 2013/14 mövsümündə qəbul edilmiş qərarlar qüvvədə saxlanılsın. Belə ki, “Neftçi” və “Xəzər Lənkəran” klublarının iştirakı ilə baş tutacaq Topaz Premyer Liqası və Azərbaycan Kuboku matçlarında, bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər