Roberto Prosineçkinin "Bursaspor"a keçidi baş tutmayıb. Fanat.Az "ajansspor"a istinadən xəbər verir ki, bu barədə xorvat mütəxəssisin təmsilçisi Yaşar Çalışır açıqlama verib.
Menecer bildirib ki, AFFA Prosineskidən 2 milyon avro təzminant istəyib: "Təəssüf ki, anlaşma baş tutmadı. Onun dekabr ayınadək AFFA ilə anlaşması var. Birincisi, AFFA Prosineçkini göndərmək istəmir. İkincisi, komandanı tərk edəcəyi halda 2 milyon avro tələb edirlər. Mən onun mart ayındakı Almaniya matçınadək iki komandanı çalışdırmasını təklif etdim. Nə AFFA, nə də "Bursaspor" bu təklifi qəbul etdi. Prosineçki "Bursaspor"da işləməyi çox istəyirdi. Klub da onu istəyirdi. Amma istədiyimiz nəticə olmadı".
Fanat.Az