AFFA "birincilər"in cəzasını açıqladı

AFFA "birincilər"in cəzasını açıqladı

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri I divizionun V turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

* “Qaradağ Lökbatan” - “Şərurspor” matçında “Şərurspor” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

* MOİK - “Şahdağ” matçında “Şahdağ” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

- Oyunun 70-ci dəqiqəsində “Şahdağ” klubunun futbolçusu Vüqar Əlibabayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

* “Energetik” - “Səbail” matçında “Energetik” və “Səbail” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur. 

- Oyunun 54-cü dəqiqəsində “Energetik” klubunun futbolçusu Kamran Lalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. 

- Oyunun 87-ci dəqiqəsində “Səbail” klubunun futbolçusu Ramazan Abbasov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

* “Şəmkir” - “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur . 

- “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur.

* “Bakılı” - “Zaqatala” matçında “Bakılı” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 400 manat cərimə olunur.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər