AFFA qərar verdi: 8 komanda, 4 dövrəli sistem

AFFA qərar verdi: 8 komanda, 4 dövrəli sistem
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Fanat.az xəbər verir ki, toplantının əsas müzakirə mövzusu Topaz Premyer Liqasının 2016/17 mövsümündə neçə komandanın iştirak edəcəyi ilə bağlı olub.
 
İclasda AFFA prezidenti Rövnəq Abdullayev, momitənin üzvləri - Rauf Əliyev, Kazbek Tuayev, İsgəndər Cavadov, Vaqif Sadıqov və Qurban Qurbanov iştirak edib. Elşad Nəsirov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Firudin Qurbanov toplantıya qatılmayıb. Həmçinin iclasa AFFA-nın baş katibi Elxan Məmmədovla PFL prezidenti Ramin Musayev qatılıb. 
Müzakirələrdən sonra çempionata əlavə komandanın buraxılmaması qərara alınıb. Beləliklə, 2016/17 mövsümündə Premyer Liqa 8 komandanın iştirakı ilə keçiriləcək. Bunlar “Qarabağ”, “Qəbələ”, “İnter”, “Neftçi”, “Zirə”, AZAL, “Kəpəz” və “Sumqayıt” olacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər