AFFA "Qəbələ"nin şikayətini təmin etmədi

AFFA "Qəbələ"nin şikayətini təmin etmədi
AFFA Apellyasiya Arbitraj Tribunalı "Qəbələ" klubunun şikayətinə baxıb.
Fanat.Az xəbər verir ki, əyalət təmsilçisinin futbolçusu Merab Giqauri ilə bağlı tələbi yerinə yetirilməyib.
"Qırmızı-qaralar"ın evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdiyi Premyer Liqanın XX tur matçında aqresiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan gürcüstanlı yarımmüdafiəçinin 3 oyunluq cəzası və klubaun 2400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər