AFFA “Qəbələ”nin kapitanı cəzalandırdı

AFFA “Qəbələ”nin kapitanı cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. 

Fanat.Az-ın xəbərinə görə, toplantıda Azərbaycan Premyer Liqasının XXXIV turunun oyunlarında baş verən qayda pozuntuları müzakirə olunub. 

“Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ” klubunun futbolçusu Urfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” – “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilir (maddə 49.1); “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2); “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitlərdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2); “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnməsinə görə dəymiş zərər “Qarabağ” klubu tərəfindən qarşılansın (maddə 65.2);

“Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 39). 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər