AFFA “Qəbələ”ni Antalyaya göndərdi

AFFA “Qəbələ”ni Antalyaya göndərdi

U-17 Liqasının 2012/13 mövsümünün qalibi “Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası yanvarın 5-dən - 12-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Fanat.az xəbər verir ki, səfər AFFA-nın hesabına reallaşacaq.

Qeyd edək ki, U-17 Liqanın qaliblərinin mükafatlandırılması mərasimində Əsasnaməyə uyğun olaraq, çempion olmuş komandaya qızıl medallar, diplom və kubokla yanaşı, AFFA-nın vəsaiti hesabına ölkə xaricində bir həftəlik təlim-məşq toplanışı keçirmək hüququ verən sertifikat da təqdim olunur.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər