AFFA "Qəbələ" və "Sabah"ı cərimələdi

AFFA "Qəbələ" və "Sabah"ı cərimələdi
AFFA İntizam Komitəsi "Qəbələ"nin əsas komandasının futbolçusu Ülvi İsgəndərovu bir oyunluq cəzalandırıb. 
Fanat.Az xəbər verir ki, səbəb hücumçunun Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sabah"la görüşdə qırmızı vərəqə almasıdı. Əyalət təmsilçisi 200 manat cərimə ödəməli olacaq. 
Qurum "Sabah"ı isə 800 manat məbləğində cərimələyib. Komandanın 4 futbolçusu "Qəbələ" ilə görüşdə sarı vərəqə ilə cəzalandırılıb. 
Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab matçı dekabrın 19-da saat 18:00-da "Bank Respublika Arena”da olacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər