AFFA "Qarabağ"la "Sumqayıt"ı cərimələdi

AFFA "Qarabağ"la "Sumqayıt"ı cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, Premyer Liqanın XVIII turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.

“Səbail”lə ev görüşündə “Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Bu üzdən “kimyaçılar” 800 manat cərimələnib.

“Zirə” ilə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan “Qarabağ” isə 700 manat cərimə ödəyəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər