AFFA "Qarabağ", "Kəpəz" və "Turan Tovuz"u cərimələdi

AFFA "Qarabağ", "Kəpəz" və "Turan Tovuz"u cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 15-ci turundakı qayda pozuntuları ilə bağlı ölçü götürülüb.

“Turan Tovuz” – “Sumqayıt” oyununda tovuzluların, ertəsi gün eyni məkanda keçirilən “Kəpəz” – “Sabah” matçında isə nominal meydan sahiblərinin dörd və daha çox  futbolçusu sarı vərəqə aldığına görə hər iki qərb təmsilçisi 700 manat cərimələnib.

Bundan başqa, “Qarabağ” – “Qəbələ” görüşü başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Qarabağ" 800 manat cərimə edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər