AFFA Qara Qarayevi cəzalandırdı

AFFA Qara Qarayevi cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin çempionatının XXIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"İnter"in üzvü Qara Qarayev 1 oyunluq cəzalandırılıb. Buna səbəb onun "Sumqayıt"la oyunun 87-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulması olub. Klub buna görə 100 manat cərimələnib. "İnter" 6 futbolçusu sarı vərəqə aldığından əlavə 1000 manat da cərimə ödəyəcək.
"Qəbələ" "Neftçi" ilə oyunda, "Kəpəz" "Rəvan"la matçda 5 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər