Bildiyiniz kimi, AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında Premyer Liqa klublarınauşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması haqda qərar qəbul edildi. Fanat.az xəbər verir ki, fevralın 1-dən etibarən Daril Villard (İngiltərə) "AZAL", Frank Bernardt (Almaniya) "Sumqayıt", mart ayından isə Spittler Torsten (Almaniya) "İnter" klubunda AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində fəaliyyətə başlayıb. "Qəbələ" klubunda isə Stanli Brard (Hollandiya) idman direktoru kimi işini davam etdirir.
Bu gün Yan Versleyjen (Hollandiya) "Neftçi", Peter Neustadter (Almaniya) isə "Rəvan" klubuna təqdim olunub. Hollandiyalı mütəxəssis Con van Loen isə bu həftə "Qarabağ"ın idman direktoru vəzifəsində fəaliyyətə başlayacaq.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarında bu və digər məsələlər konkret olaraq göstərilib: Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.
Fanat.az