AFFA Prosineçkinin bank hesabına 300 min pul köçürdü

AFFA Prosineçkinin bank hesabına 300 min pul köçürdü

Artıq Robert Prosineçkinin Azərbaycan millisinin yeni baş məşqçisi olacağına heç kimin şübhəsi qalmayıb. Xorvatiyalı mütəxəssisin Sent Etyenə gedib "Qarabağ"ın oyununu izləməsi də elə-belə deyildi. O, Fransaya Ağdam klubunda oynayan yerli futbolçulara baxmağa getmişdi.

 

Rekord.az məsələ ilə bağlı daha bir maraqlı məlumat əldə edib. Məlumata görə, AFFA rəhbərliyi artıq xorvatiyalının bankl hesabına 300 min dollar pul da köçürüblər. Bu pul bir növü avans sayılır.

 

Qeyd edək ki, Prosineçkinin millimizin baş məşçqi kimi rəsmi təqdimatı dekabrın 3-də AFFA İK-nın iclasından sonra olacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər