AFFA Pro lisenziyası verəcək

AFFA Pro lisenziyası verəcək

2014-cü il iyun ayından etibarən AFFA tərəfindən məşqçilər üçün UEFA-nın Pro Lisenziya kursu təşkil olunacaq. Fanat.az xəbər verir ki, kurs modullar şəklində keçiriləcək və fasilələrlə 1 il ərzində davam edəcək.

Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

 

1. Ərizə

2. Şəxsiyyət vəsiqəsinin surəti

3. Sağlamlıq haqqında arayış

4. 2 ədəd şəkil (3x4)

5. Minimum yaş həddi: 30

6. A lisenziyası qüvvədə olmalıdır (müddətin uzadılmasından 3 ildən az müddət keçməlidir)

7. A lisenziyasını ən azı “3” qiyməti ilə almış olmalıdır

8. A lisenziyası və diplomun surəti

9. Premyer Liqa, I Divizion klublarında, Premyer Liqa klublarının əvəzedici komandasında və ya milli komandalarda ən azı 2 illik iş təcrübəsi

 

Qeydlər: 

Sənəd qəbulu 15.02 - 15.04.2014 tarixlərində Texniki Departamentdə aparılacaq. Sənəd təqdim edənlərin arasından 10-12 nəfər seçiləcək.

Kurs ərzində iştirakçı öz maddi vəsaiti hesabına 3 praktika keçməlidir: 1 praktika hazırlıq dövründə, 2 praktika Qərbi Avropa klublarında (həftəlik dövr)

Kursda iştirak üçün ödənişin məbləği 4000 manatdır. Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.

Əlaqələndirici şəxs: Anar Şıxəliyev

Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30

E-mail: [email protected]

Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.

Əlavə olunmuş anket forması müvafiq qaydada doldurularaq [email protected] ünvanına göndərilməlidir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər