AFFA Prisineçkiyə yeni müqavilə təklif etdi - 2020-ci ilə qədər

AFFA Prisineçkiyə yeni müqavilə təklif etdi - 2020-ci ilə qədər
"Artıq 1 ildi ki, Azərbaycanda çalışıram. Komanda ilə çox yaxşı günlərimiz olub. Xüsusilə Norveç və Xorvatiya kimi milli komandalara qarşı heç-heçələrimizi yada salmaq istəyirəm. Maltanı məğlub etdik". Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.
Serbiya mətbuatına müsahibə verən mütəxəssis AFFA-nın ona 2020-ci ilə qədər ölkəmizdə qalmağı təklif etdiyini bildirib: "Artıq oyunçularıma öz fəlsəfəmi başa sala bilirəm. Ümumiyyətlə bu ölkədə perspektivli gənclər var. Elə U-21 millsi “Antalya Cup” turnirində uğurla çıxış etdi. Azərbaycan futbolunun gələcəyi var və qazanmaq üçün düzgün iş qurmaq lazımdı. Təklif gələndə bu ölkə ilə maraqlandım və yaxşı infrastruktur, şərait olduğunu gördüm. Bu səbəbdən də təklifi qəbul etdim. Mən 2017-ci ilə qədər müqavilə bağlamışam. Amma AFFA 2020-ci ilə qədər müqaviləmi uzatmaq fikrindədi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər