AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2024-cü il aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Hesabat-Seçki Konfransının keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır.
Qeyd olunmuş müddət başa çatıb. AFFA prezidentliyi və İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını diqqətinizə çatdırırıq: AFFA prezidentliyinə namizəd 1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə "Neftçi" PFK tərəfindən AFFA İcraiyyə Komitəsinə namizədlər Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer 1. Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən 2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən 3. Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən 4. Qurban Qurbanov – "Qarabağ" FK tərəfindən 5. Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer 1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən 2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən 3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer 1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən 2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer 1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən 2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən