"Xəzər Lənkəran"la "Rəvan"ın məsələsini müzakirə etdik. Onların böyük miqdarda cərimələri olduğu üçün Premyer Liqada saxlanılmaları qeyri-mümkündü. Əks təqdirdə, AFFA da FIFA tərəfindən cəzalandırıla bilər". Fanat.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.
İcraiyyə Komitəsinin iclasından sonra açıqlama verən AFFA başçısı növbəti mövsümlər üçün planlardan danışıb: "Qərara alındı ki, çempionat müvəqqəti olaraq 8 komandanın iştirakı ilə keçirilsin. Ancaq baş katibliyə tapşırıq verdik ki, gələn ilə Premyer Liqa üçün 4 komanda hazır olsun. Yəni, 2017/2018 mövsümündə çempionat 10, imkan olsa 12 komandanın iştirakı ilə keçirilsin. Regionlardakı klubların lisenziya almaları üçün işlər görüləcək. “Zaqatala” klubu artıq ictimailəşib. Dedim ki, o kluba diqqət ayrılsın. Bundan əlavə, "Mil-Muğan" da ictimai səviyyədədi. Onun da gələn ilə hazır olmasını tapşırdım".
Fanat.az