AFFA prezidenti UEFA-ya təşəkkür etdi

AFFA prezidenti UEFA-ya təşəkkür etdi

"Mənə iştirakçıları, azarkeşləri və gözəl şəhərimiz Bakının qonaqların salamlamaq xoşdu. Hazırda Bakımız haqlı olaraq, iri beynəlxalq idman mərkəzi kimi tanınır". Fanat.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev futzal üzrə UEFA Kubokunun "Dördlər finalı" ilə bağlı danışarkən deyib.

AFFA başçısı UEFA-ya təşəkkür edib: "Final mərhələsini Bakıya etibar etdiyi üçün UEFA-ya təşəkkür etmək istəyirəm. Bu, ölkəmiz üçün daha bir idman məqamıdı. Əminəm ki, final mərhələsi özündən sonra qiymətli idman irsi qoyacaq və Azərbaycan futzalının gələcək inkişafı üçün əla özül olacaq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər