AFFA prezidenti Möllerlə görüşdü

AFFA prezidenti Möllerlə görüşdü

AFFA-nın prezidenti Rövşən Nəcəf Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möllerlə görüşüb.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə AFFA və DBU arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Əsasən uşaq futbolunun və hakimliyin inkişafı, eləcə də daxili liqaların formatı barədə müzakirələr olub. R.Nəcəf AVRO-2024 çərçivəsində keçirəcəyi oyunlarda Danimarka milli komandasına uğurlar arzulayıb.

Möller xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər