AFFA Premyer Liqanın təqvimini alt-üst etdi

AFFA Premyer Liqanın təqvimini alt-üst etdi

Topaz Premyer Liqasının XXII turunun proqramında dəyişiklik baş verib. Fanat.Pz xəbər verir ki, buna səbəb milli komandamınızın Qətərin paytaxtı Dohada keçirəcəyi təlim-məşq toplanışı olub.

Belə ki, AFFA Peşəkar Futbol Liqasına müraciət edərək, 7-9 mart tarixlərində Dohada milli komandanın toplanışı, eləcə də Azərbaycanla Qətər arasında yoldaşlıq oyununun keçriləcəyi və bu səbəbdən Topaz Premyer Liqasının XXII turunda dəyişiklik edilməsini xahiş edib. 

Milli komanda amilini nəzərə alan PFL XXII turun “Kəpəz” - “Zirə” və “İnter” - “Sumqayıt” matçlarını martın 11-dən 13-nə, “Qarabağ” - AZAL və “Neftçi” - “Qəbələ” matçlarını martın 12-dən 14-nə keçirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər