AFFA Premyer Liqadan 6200 manat qazandı

AFFA Premyer Liqadan 6200 manat qazandı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın X turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Xəzər Lənkəran" azarkeşləri "Simurq"la oyunun 73-cü dəqiqəsində meydançaya kənar əşya atdığı üçün klub 2000 manat cərimə edilib. Zaqatala klubu isə 79-cu dəqiqədə İdan Vietzman idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni aldığından 200 manat cərimələnib. Futbolçu özü 1 oyun cəzalandırılıb.
"Rəvan" 6, "Qəbələ" 5, "Xəzər Lənkəran" 4 futbolçusu sarı vərəqə aldığından 1000, AZAL-ın əvəzedici komandası eyni səbəbdən 500 manat manat cərimə ödəyəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər