AFFA Premyer Liqa klublarını cəzalandırdı

AFFA Premyer Liqa klublarını cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, komitə Premyer Liqanın 10-cu turunun oyunlarında qeydə alınan neqativ hallarla bağlı cəzaları açıqlayıb.

Ümumilikdə elita təmsilçilərinə 5300 manatlıq cərimə kəsilib. İK-nın bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Qarabağ” oyununda bir xal meydan sahiblərinə 1500 manata başa gəlib. Belə ki, komandanın 5 futbolçusu sarı vərəqə alıb ki, bu, 700 manat cərimə deməkdir. Üstəlik, oyun bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu əlavə 800 manat ziyana düşüb. 

“Səbail” – “Neftçi” oyunundan sonra da meydana kənar şəxs girib və meydan sahibləri analoji cəzala məruz qalıblar. 

Turun Tovuzda baş tutan digər görüşündə -  “Kəpəz” – “Zirə” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə alıb. Nəticədə “Zirə” 700 manat cərimə olunub. 

"Sabah"ı klubun meneceri İlqar İsrafilov "tərlədib". “Sumqayıt”la oyunun 78-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci "sarı" - qırmızı vərəqə alan klub rəsmisi 1 oyun cəzalanıb, “Sabah” isə 1000 manat cərimələnib. 

“Qəbələ” – “Araz-Naxçıvan” oyununda baş verənlər birmənalı olaraq meydan sahiblərinin ziyanına olub. Matçın 29-cu dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum edən müdafiəçi İlkin Qırtımov birbaşa qırmızı vərəqə alsa da, cəzası yüngül olub - 1 oyun və 800 manat. Qarşılaşmanın 60-cı dəqiqəsində ikinci xəbərdarlıqdan sonra meydandan kənarlaşdırılan Osama Xalayla da 1 oyunluq cəzalanıb. “Qəbələ” onun "qırmızı"sına görə 500 manat ödəyəcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər