UEFA-nın bu gün Qazaxıstanın paytaxtı Astanada başlayan XXXVIII Konqresində danışılmış oyunlarla mübarizə əsas müzakirə mövzularından olub. Fanat.az xəbər verir ki, qurumun üzvləri müzakirələrdən sonra qətnamə qəbul edib.
Qətnamədə hüquq-mühafizə orqanları ilə futbol federasiyaları münasibətləri tənzimlənməsi öz əksini tapıb. Bundan sonra milli assosiasiyalar öz ölkələrində hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcəklər və danışılmış oyunların iştirakçılarının cinayət məsuliyyətinə cəlb edilməsi üçün lazımı tədbirlər görüləcək.
Fanat.az