AFFA Pavel Paşayevi milliləşdirir

AFFA Pavel Paşayevi milliləşdirir

AFFA rəhbərliyi hazırda Ukraynanın "Metallurq" (Donetsk) klubunda çıxış edən Pavel Paşayevin Azərbaycan milli komandasına cəlb olunması məqsədilə danışıqlara başlayıb. Fanat.az xəbər verir ki, bu barədə "Report"a federasiyanın baş katibi Elxan Məmmədov məlumat verib.

Məmmədovun sözlərinə görə, bu məqsədlə Ukrayna Futbol Federasiyasına müraciət edilib. Baş katib sabah FIFA-ya da baş vuracaqlarını açıqlayıb: "Pavel Paşayevin atası azərbaycanlıdı, Bakıda doğulub. Bunu təsdiqləyən pasport əlimizdədi. Biz bütün sənədləri yığaraq, FIFA-ya müraciət edəcəyik ki, onun Azərbaycan yığmasına keçidinə baxılsın. FIFA-nın futbolçuların statusu ilə bağlı Əsasnaməsinin 8-ci bəndinə görə, futbolçu aşağı yaş qrupları üzrə yığmaların heyətində rəsmi matçlarda çıxış edibsə, onun başqa ölkənin əsas millisində oynayıb-oynamamasına FIFA qərar verir. Ona görə də çox güman ki, sabah ali futbol qurumuna da müraciət edəcəyik. FIFA da növbəti 2 həftə ərzində qərar qəbul edəcək".     

Qeyd edək ki, Pavel Paşayev Ukraynanın 17, 19 və 21 yaşadək yığmalarından əlavə, əsas millisində də forma geyinib. Lakin həmin matçlar yoldaşlıq görüşlərinə təsadüf edib. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər