AFFA Orxan Məmmədovun səhvini təsdiqlədi: "Ölçü götrülsün"

AFFA Orxan Məmmədovun səhvini təsdiqlədi: "Ölçü götrülsün"

AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə Premyer Liqanın "Kəpəz" - AZAL oyunu ilə bağlı qərar qəbul edib.

Komitə üzvləri Premyer Liqanın XXI turunda baş tutan qarşılaşmanın videoyazısını izlədikdən sonra aşağıdakı qərarları qəbul edib: 

1. Oyunun 64-cü dəqiqəsində AZAL klubunun futbolçusu Alamadine Omega Robent rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə 3 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.

2. Hakimlər Komitəsi hakim haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

Qeyd edək ki, matçı sabiq FIFA referisi Orxan Məmmədov idarə edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər