AFFA-nın xanım rəsmisi ÇL-ə təyinat aldı

AFFA-nın xanım rəsmisi ÇL-ə təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, qadın futbolçular arasında təşkil edilən UEFA Çempionlar Liqası matçında iş başında olacaq.

Zümrüd Ağayeva B qrupunun III turu çərçivəsində dekabrın 13-də keçiriləcək “Sankt-Polten” (Avstriya) – “Slaviya” (Praqa, Çexiya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər