AFFA-nın Tahir Süleymanov qərarı: 20 min manat ödə...

AFFA-nın Tahir Süleymanov qərarı: 20 min manat ödə...
AFFA "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanova bağlı qərar verib. Fanat.az xəbər verir ki, İntizam Komitəsinin onunla bağlı qərarı açıqlanıb: 
“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanovun cəzası başa çatsa da, ona verilmiş cərimə ödənilmədiyi üçün adıçəkilən şəxsə verilmiş - stadiona giriş qadağası hələ də davam edir. Lakin Tahir Süleymanov Topaz Premyer Liqasının XXXI turunun “Neftçi” - “Sumqayıt” matçında iştirak edib. Oyunun AFFA nümayəndəsinin oyundan öncə ona stadionu tərk etməsini bildirsə də, o, bunu rədd etmiş və oyunu izləməyə davam edib. Bu səbəbdən də, “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanova verilmiş cərimə ödənilməyənədək onun klubun  iştirakı ilə keçirilən Topaz Premyer Liqası və ölkə kuboku matçlarında stadiona girişinə qadağa sanksiyası davam edir. Əgər adıçəkilən şəxs tərəfindən verilmiş qərar yenidən pozularsa, ona qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək".
Qeyd edək ki, Tahir Süleymanov XX turun "Xəzər Lənkəran"la oyunundan sonra KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə 10 oyunluq cəzalandırılmış, klub 20000 manat cərimə olunmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər