AFFA-nın reklam müəmması - TRT-yə sorğu göndərildi

AFFA-nın reklam müəmması - TRT-yə sorğu göndərildi

Türkiyənin TRT1 kanalında yayınlanan "Teşkilat" serialında AFFA-nın loqosundan istifadə olunub.

Qardaş ölkə kanallarında kommersiya tipli reklamlarımıza ara-sıra rast gəlsək də, AFFA-nın bu əməkdaşlıqda marağı nədir? Geyim və loqonun istifadəsinə icazə hansı marağa xidmət edir və assosiasiya bundan nə qədər qazanc əldə edir?

Fanat.Az məsələyə aydınlıq gətirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayıb: "Bununla bağlı TRT-yə müraciət etmişik. Cavab gəlsin, görək nə deyirlər? Bu məsələdə bizim rolumuz yoxdur. Sözün hər iki mənasında...Diqqət yetirsəniz, forma onsuz da bizim forma deyil. Loqodan isə xəbərsiz istifadə olunub".

AFFA-nın reklam müəmması - TRT-yə sorğu göndərildi

Əldə etdiyimiz məlumata görə, serialda istifadə olunan forma və loqoya görə Türkiyə kanalı ilə 100 min dollarlıq anlaşma olub və bu, SOCAR-ın xətti ilə baş verib. Ancaq Firuz Abdulla bu məqamı da mümkünsüz hesab edir: "Hüquqi baxımdan bu necə ola bilər?! TRT-dən cavab aldıqdan sonra məsələyə aydınlıq gələcək". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər