AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
Fanat.az xəbər verir ki, o, qadınlar arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 22-də, Qazaxıstanın Astana şəhərində keçiriləcək Qazaxıstan - Norveç oyununun UEFA nümayəndəsi olacaq.
Bu, Mehtiyevanın beynəlxaq oyuna ilk təyinatıdı.
Fanat.az