Ötən gün ölkədə növbəti parlament seçkiləri keçirildi. Hələ yekun nəticələr açıqlanmasa da, artıq Mərkəzi Seçki Komissiyası (MSK) ilkin nəticələri elan edib.
Namizədliyini irəli sürənlər və qalib gələnlər arasında idman sahəsində çalışanlar da var. Onlardan biri AFFA-nın prezidenti Rövnəq Abdullayevdi. 24 saylı Nizami birinci seçki dairəsindən namizəd olan SOCAR-ın prezidenti 78,2 faiz səs toplayıb. Bu isə Abdullayevin ardıcıl 3-cü dəfə deputat seçilməsi deməkdi.

AFFA-nın I vitse-prezidenti Rauf Əliyev də namizədliyini irəli sürənlər arasında idi. 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən namizəd olan Əliyev 78,3 faiz səslə yenidən mandat qazanıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Bosk Federasiyasının vitse-prezidenti Ağacan Abiyev 32 saylı Suraxanı üçüncü seçki dairəsində mübarizə aparıb. YAP-ın namizədi 73,6 faiz səs toplayıb. Əbiyev ardıcıl 3-cü dəfə mandat əldə edi.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev də yenidən deputat seçilib. 20 saylı Nərimanov ikinci seçki dairəsindən namizədliyini irəli sürət idman ustası 65,6 faiz səs toplayıb. Əliyev 2-ci dəfə millət vəkili seçilib.

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev də yenidən Milli Məclis üzvü seçilib. 15 saylı Yasamal birinci seçki dairəsindən namizəd olan Avropa və dünya çempionu 79,7 faiz səs toplaya bilib. Quliyev ardıcıl 3-cü dəfə mandat qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev də yenidən millət vəkili olub. 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsində mübarizə aparan Gəncə Futbol Federasiyasının sabiq rəhbəri 58,1 faiz səs toplayıb. Fətiyev ikinci dəfə millət vəkili seçilib.

Fanat.az