AFFA-nın növbəti Konfransının gündəliyi açıqlandı

AFFA-nın növbəti Konfransının gündəliyi açıqlandı

Aprelin 2-də keçiriləcək AFFA-nın növbəti Konfransının gündəliyi bəlli olub.

Fanat.Az milli futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, saat 10:00-da “Bulvar Marriott Hotel”də start götürəcək toplantının gündəliyinə 6 məsələ daxildir.

Bunlar AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi, Konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, maliyyə hesabatları, müstəqil auditorun hesabatı və AFFA prezidenti vəzifəsinə, həmçinin İcraiyyə Komitəsinə seçkilərin keçirilməsidir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər