Fevralın 2-də, “Baku Marriott Hotel Boulevard” oteldə AFFA-nın növbəti Konfransı və Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Fanat.Az xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
- Prezident tərəfindən iclasın açıq elan edilməsi; - Konfransın tərkibinin yoxlanılması; - İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması; - Maliyyə hesabatlarının təsdiq olunması; - Müstəqil auditorun hesabatını nəzərə almaq; - Hər hansı vakant vəzifəyə seçkilər; - AFFA üzvlərinin təkliflərinin qəbul olunması; - Digər məsələlər.