AFFA-nın nümayəndələri UEFA-nın iclasında

AFFA-nın nümayəndələri UEFA-nın iclasında

Bu gün İsveçrənin Nyon şəhərində UEFA-nın iclası keçirilir. 

Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, qurumun mənzil-qərargahında baş tutan yığıncaqda 2019-cu ildə təşkil olunacaq Çempionlar Liqasının, Avropa Liqasının, qadınlararası Çempionlar Liqasının final oyununa və UEFA Superkuboku qarşılaşmasına ev sahibliyi etmək istəyən milli futbol assosiasiyalarının nümayəndələri üçün sifariş kitabının hazırlanması ilə bağlı fikir mübadiləsi aparılır.

 

İclasda baş katibin müavini Sərxan Hacıyev, İnfrastruktur üzrə direktor Kamran Vəliyev, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva, Hüquqi məsələlər üzrə mütəxəssis Günay Zamanlı və  Marketinq və Reklamlar Departamentinin mütəxəssisi Nigar Qasımova təmsil edir.

 

Qeyd olunan oyunlar üçün namizədliyini irəli sürmüş assosiasiyaların siyahısını diqqətinizə çatdırırıq:

 

Çempionlar Liqası: Azərbaycan, İspaniya

Avropa Liqası: Azərbaycan, Gürcüstan, Almaniya, Şotlandiya, İspaniya, Türkiyə

Qadınlararası Çempionlar Liqası: Çexiya, Macarıstan, Qazaxıstan, Litva, Şotlandiya, İspaniya

Super Kubok: Albaniya, Fransa, Macarıstan, İsrail, Qazaxıstan, Şimali İrlandiya, Polşa, Şotlandiya, Türkiyə

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər