AFFA-nın namizədi sədr seçildi

AFFA-nın namizədi sədr seçildi

Bu gün Azərbaycan Könüllü Təşkilatları İttifaqının Hesabat-Seçki Konfransı təşkil olunub. 

Fanat.Az xəbər verir ki, AFFA-nın da üzv olduğu, 20 dövlət qurumunun könüllü proqramı və könüllü təşkilatlarının qoşulduğu İttifaqa yeni sədr seçkisi keçirilib.   Səsvermənin nəticələrinə əsasən, AFFA tərəfindən namizədliyi irəli sürülmüş AFFA könüllülər proqramından Yusif Vəliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri seçilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər