AFFA-nın gizlətdiyi oyunda uduzduq - 7 legionerlə

AFFA-nın gizlətdiyi oyunda uduzduq - 7 legionerlə
Avropa çempionatınai hazırlaşan 17 yaşadək futbolçulardan ibarət milli komandamızın Ukrayna ilə yoxlama oyunu keçirəcəyi barədə xəbər vermişdik. Onu da qeyd etmişdik ki, AFFA nədənsə bu oyunu ictimaiyyətdən gizlətməyə çalışır. Məxfilik o həddə çatıb ki, AFFA nəinki jurnalistlərin və azarkeşlərin, heç millinin futbolçularının yaxınarının belə həmin oyuna baxmasını, yeniyetmələrə dəstək verməsini istəmir.
Əldə etdiyimiz məlumata görə, oyun dünən baş tutub. Olimpiya stadionunda keçirilən qarşılaşmada Ukrayna millisi 2:1 hesablı qələbə qazanıb. Baş məşqçi Təbriz Həsənov ilk yarıda 7 milliləşdirilmiş futbolçunu meydana buraxıb. Nəticə isə Ukraynanın xeyirinə olub - 0:2. Baş məşqçi ikinci hissədə bəzi legionerləri yerli futbolçularla əvəzləyib. Nəticədə millimiz bir qol vuraraq fərqi azaldıb.
Yeri gəlmişkən, Təbriz Həsənov Ukrayna ilə matçın ilk yarısında oynatdığı 7 legioneri Avropa çempionatında millimizin əsas oyunçuları hesab edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər