"Şəmkir"in sabiq baş məşqçisi Kamran Əlibabayev AFFA tərəfindən 1 illik futboldan kənarlaşdırılmışdı. Yəni bu məşqçi ən azı 1 il heç bir klubda işləyə bilməzdi.
Lakin rekord.az-ın əldə etdiyi məlumata görə, Əlibabayev bu cəzaya rəğmən belə, yenə işsiz qalmayıb. Belə ki, I Ddivizion təmsilçisi "Şərurspor" rəhbərliyi Kamranı baş məşqçi postuna dəvət edib.
Əlibabayev bu gün yeni komandasını Naxçıvanda ilk məşqinə də çıxardıb. Klub rəhbərliyi "HEYDƏR ƏLİYEV KUBOKU" turnirində bu məşqçiyə şans verəcək. Nəticə uğurlu olsa, onunla rəsmi müqavilə bağlanacaq. Cəzaya gəlincə, "Şərurspor"un preziddenti söz verib ki, AFFA rəhbərliyi ilə danışıb cəzanı 1 ildən 6 aya endirməyə çalışacaq. Bunun da 3 ayı yay aylarına təsadüf edəcək. Yerdə qalacaq 2-3 ayı isə Əlibabayev tribunadan idarə edəcək.
Fanat.az